Lənkəranda yol qəzasında 2 qardaş xəsarət alıbbackend

Lənkəranda yol qəzasında 2 qardaş xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, qəza rayonunun 1-ci mikrorayon ərazisində, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində qeydə alınıb.

Yük daşıma ilə məşğul olan mikroavtobus \”VAZ 2107\” markalı avtomobillə toqquşub və yolun kənarındakı dirəyə çırpılıb. Minik avtomobili daha çox əzildiyi üçün içində olan rayonun Şilavar kənd sakinləri, sürücü 1953-cü il təvəllüdlü Ehtiram Mahmud oğlu Axundov və onun qardaşı, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü daha ağır yaralandığından reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az