Fransa Prezidenti Britaniyanın Baş Naziri ilə görüşəcəkbackend

Fransa Prezidenti Britaniyanın Baş Naziri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”France 2\” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Fransanın Avropa məsələləri üzrə dövlət naziri Ameli de Monşalen deyib.

Nazir bildirib ki, Fransa prezident Emmanuel Makron Britaniyanın Baş Naziri Boris Consonu Fransaya dəvət edib və onlar yaxın zamanda Fransada görüşəcəklər.

“Biz onunla işləmək istəyirik. Bizim Birləşmiş Krallıqla gələcək əlaqələrimiz güclü olacaq və \”Brexit\”dən sonra da bu ölkə bizim partnyorumuz olaraq qalacaq\”, – deyə Monşalen qeyd edib.

Qeyd edək ki, Fransanın Yelisey Sarayı Emmanuel Makron və Boris Consonun növbəti həftələrdə görüşəcəyi və onların \”Brexit\” məsələsini müzakirə edəcəyi barədə məlumat yayıb.

İnterpress.az