AİB Azərbaycanda özəl sektorun inkişafına 280 mln. dollar ayıra bilərbackend

AİB Azərbaycanda özəl sektorun inkişafına 280 mln. dollar ayıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AİB-in Bakı ofisindən İnterpress.az-a verilən məlumata görə, hazırda 2020-2022-ci illərdə bank tərəfindən Azərbaycana ayrılacaq maliyyə vəsaitinin məbləği müəyyənləşdirilir: \”Azərbaycana ayrılacaq vəsaitin dəqiq məbləği yaxın günlərdə bilinəcək və bununla bağlı biznes-plan təsdiq olunacaq. İlkin hesablamalara görə, AİB Azərbaycana üç il ərzində 900 mln. dollar, o cümlədən özəl sektorun inkişafına 280 mln. dollar məbləğində kredit ayıra bilər\”.

Qeyd edək ki, 2019-2023-cü illəri əhatə edən AİB-in ölkə üzrə yeni strategiyası çərçivəsində Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayrılacaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-ə üzv olduqdan sonra nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 mlrd. ABŞ dolları həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardımı alıb.

AİB ifrat yoxsulluğun azaldılması istiqamətində səylərin gücləndirilməsi ilə Asiya və Sakit okeanı regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. AİB 2018-ci ildə 21,6 mlrd. dollara bərabər yeni kredit və qrant üzrə öhdəlik götürüb. 1966-cı ildə yaranmış Banka 49 regiondan 68 ölkə üzv olub.

İnterpress.az