Bakıda qətl törədən qadının məhkəməsində əri ifadə veribbackend

Bakıda qətl törədən qadının məhkəməsində əri ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Xaliq Həbibov ifadə verib.

O bildirib ki, park ərazisində bir nəfərin yerdə uzandığını görüb: “Dedim ki, yəqin tüfeyli həyat sürən adamlardandır. Adətən spirtli içki içib küçələrdə yatırlar. Hadisə yerinə gələndə gördük ki, parkın mühafizə xidmətinin işçisi də ordadı. Nəbzinə baxanda bildik ki, ölüb. Üstü qan idi. Biz idarəyə xəbər verib, hadisə yerini mühafizə etməyə başladıq\”.

Təqsirləndirilən Günel Qasımovanın həyat yoldaşı Rəhim Qasımov da məhkəmədə şahid kimi dindirilib. O bildirib ki, 2004-cü ildən evlidir. Hadisə baş verən gün Günel ona iş yoldaşı Rənanın ad gününə gedəcəyini deyib.

Qətlə yetirilənin dostu Taleh Mahmudov bildirib ki, hadisə baş verən gün Ramizlə görüşməli imiş.. Ancaq sonradan digər dostu zəng edərək, belə bir hadisə baş verdiyini deyib. O suallara cavab olaraq, Ramizin başqa bir qadınla münasibəti olduğunu və həmin qadının polis işlədiyini bilib.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İnterpress.az