Azərbaycan cüdoçuları daha 1 qızıl və 1 bürünc medal qazanıblarbackend

Azərbaycan cüdoçuları daha 1 qızıl və 1 bürünc medal qazanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, son yarış günündə Azərbaycan milli komandasının 2 üzvü mükafat uğrunda qarşılaşmaya çıxıb.

Onlardan biri qızıl, biri bürünc medal üçün mübarizə aparıb. Məhərrəm İmamverdiyev (81 kq) üçüncü yer uğrunda qarşılaşmada İftaç Badaşla (İsrail) üz-üzə gəlib. Görüşü inamlı keçirən cüdoçumuz bürünc medala sahib çıxıb.

Hüseyn Məmmədov (+90 kq) finalda rusiyalı Axmed Maqomedovla münasibətinə aydınlıq gətirib. Gərgin qarşılaşmada qalib gələn təmsilçimiz çempion adını qazanıb.

Festivalın cüdo yarışlarının ilk iki günündə 4 medal (1 qızıl, 1 gümüş və 2 bürünc) sahib olan Azərbaycan cüdoçuları bu rəqəmi 6-ya çatdırıblar. Bunlardan 2-si qızıl, 1-i gümüş və 3-ü bürüncdür. Ümumilikdə isə Azərbaycan yığmasının yarışdakı medallarının sayı 23-ə çatıb. İdmançılarımız festivalda 10 qızıl, 7 gümüş və 6 bürüncə yiyələniblər.

İnterpress.az