YAP Sədərək rayon təşkilatının şura iclasında qarşıda duran vəzifələr müəyyənləşdirilibbackend

YAP Sədərək rayon təşkilatının şura iclasında qarşıda duran vəzifələr müəyyənləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu faktlar YAP Sədərək rayon təşkilatında cari ilin birinci yarım ilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda səsləndirilib.

İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov məruzə edərək bildirib ki, ötən müddətdə təşkilatın xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.

Hesabat dövründə təşkilatın İdarə Heyətinin 6, şurasının 2 iclası olub. Partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, xüsusilə gənclərin partiyaya qəbul edilməsinə böyük önəm verilib, partiya sıralarına 28 üzv qəbul edilib.

İclasda çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Azərbaycanda, eləcə də muxtar respublikamızda Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş YAP-ın Proqram və Nizamnaməsinə uyğun fəaliyyəti dayanır. Partiyanın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov diyarımızın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq, yaşıllaşdırma və abadlıq tədbirlərinin miqyası, tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə daha da artır.

Şura iclasında çıxış edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov rayon təşkilatının, onun ərazi ilk təşkilatlarının və digər struktur bölmələrinin cari ilin birinci yarısındakı fəaliyyətini təhlil edib. Vurğulayıb ki, partiya təşkilatlarının fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun təsdiq etdiyi illik İş Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bundan sonra da başlıca vəzifə kimi müəyyən olunmalı, həmin sənədin icrası zamanı keyfiyyət və əhatəlilik amilləri nəzərə alınmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub.

İnterpress.az