İnnovasiyalar Agentliyində “Keren Hayessod United Israel Appeal” fondunun təqdimatı keçirilibbackend

İnnovasiyalar Agentliyində “Keren Hayessod United Israel Appeal” fondunun təqdimatı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlikdən İnterpress.az-a bildirilib ki, görüşdə Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti və gələcək planları barədə məlumat verib. Azərbaycanda mövcud innovasiya ekosistemi, iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra “Keren Hayessod United Israel Appeal” tərəfindən fərqli səmtlərə aid təqdimatlar keçirilib.

Görüşün sonunda iki ölkə arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən Azərbaycandakı investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.

İnterpress.az