Dünya birjalarında aparılan əməliyyatların dəyəri 7,2 trilyon dollar artıbbackend

Dünya birjalarında aparılan əməliyyatların dəyəri 7,2 trilyon dollar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, investorların qərarlarına mənfi təsir edəcək bir çox geosiyasi və siyasi proseslərin baş verdiyi yarım ildə risklərin fürsətə çevrilməsi nəticəsində dünya birjalarında aparılan əməliyyatların dəyəri ötən ilin sonu ilə müqayisədə 7,6 trilyon dollar artaraq 82 trilyon dolları ötüb.

İlin ilk yarısında ABŞ və Çin arasındakı ticari gərginlik, “Brexit”lə bağlı qeyri-müəyyənlik, qlobal iqtisadi artım tempinin yavaşlaması, dünyada iqtisadi göstəricilərin zəifləməsi və geosiyasi risklər daha ön planda olub.

Dünya Birjaları Federasiyasının (WFE) məlumatına görə, dünya birjalarında həyata keçirilən əməliyyatların dəyəri keçən ilin sonunda 74 trilyon 666 milyard 992 milyon dollar olub. Bu ilin ilk yarısında isə əməliyyatların dəyəri 10,2 faiz və ya 7 trilyon 586 milyard 407 milyon dollar artaraq 82 trilyon 253 milyard 289 milyon dollara çatıb.

Yarım ildə ABŞ birjaları ən yaxşı göstəricilərlə yadda qalıb. Birləşmiş Ştatların birjalarında aparılan əməliyyatların dəyəri ötən ilin sonu ilə müqayisədə cari ilin ilk yarısında 14,4 faiz artaraq 34 trilyon 206 milyard 92 milyon dollardan 39 trilyon 132 milyard 34 milyon dollara yüksəlib.

Hesabat dövründə Avropa, Afrika və Yaxın Şərq birjalarının bazar dəyəri 12,3 faiz artaraq 16 trilyon 565,5 milyard dollardan 18 trilyon 608,6 milyard dollara çatıb.

Asiya və Sakit Okean ölkələri üzrə birjalarda həyata keçirilən əməliyyatların dəyəri 2,6 faiz artaraq 23 trilyon 895,3 milyard dollardan 24 trilyon 512,6 milyard dollara yüksəlib.

Yarım ildə dəyəri ən sürətlə artan birja isə İranın “Fara” birjası olub. “Fara” birjasının bazar dəyəri ilin ilk yarısında 60 faiz artaraq 26 milyard 912 milyon dollardan 43 milyard 70 milyon dollara çatıb. “Fara” birjasını 53,8 faiz artımla İranın Tehran birjası izləyib. Bu artım nəticəsində Tehran birjasının bazar dəyəri yarım ilin sonunda 220 milyard 754 milyon dollar təşkil edib.

Sözügedən dövrdə 11,5 faiz dəyər itkisi ilə ən çox geriləyən birja isə Ukrayna birjası olub. Keçən ilin sonunda 4 milyard 415 milyon dollar olan Ukrayna birjasının bazar dəyəri bu ilin ilk yarısında 3 milyard 908 milyon dollara düşüb. Bazar dəyərindəki geriləməyə görə Ukrayna birjasını 11,4 faizlə Livanın Beyrut birjası izləyib.

Hazırda dünya birjaları arasında ən böyük bazar dəyəri olan Nyu-York birjası ilin birinci yarısında da öz mövqeyini qoruyub. Ötən ilin sonuna bazar dəyəri 20 trilyon 679,5 milyard dollar olan Nyu-York birjası bu ilin birinci yarısında əməliyyatların dəyərini 17,2 faiz artıraraq 24 trilyon 230,8 milyard dollara çatdırıb.

İnterpress.az