Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 6 santimetr artıbbackend

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Departamentdən İnterpress.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 40 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 26 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 33 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 38 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 54 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 41 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 6 santimetr artıb və 81 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyərək 159 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 17 santimetr olub.

İnterpress.az