Britaniya Hörmüz körfəzinə hərbi gəmi göndərdibackend

Britaniya Hörmüz körfəzinə hərbi gəmi göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hərbi gəmi Böyük Britaniya bayrağı altında üzən gəmilərin bölgədən təhlükəsiz keçidini təmin edəcək.

“HMS Duncan” bu ayın sonu xidmət müddəti başa çatacaq “HMS Montrose” adlı digər hərbi gəmini əvəzləyəcək. Bununla belə “HMS Montrose”nin 2022-ci ilə qədər Yaxın Şərqdə xidmət aparacağı vurğulanıb.

Bundan başqa, nazirliyin yazılı açıqlamasında vurğulanıb ki, “HMS Kent” adlı digər hərbi gəmi ilin sonunda “HMS Duncan”ı əvəzləyəcək.

Qeyd edək ki, son aylar Böyük Britaniya və İran arasında münasibətlər həddən artıq gərginləşib.

İnterpress.az