Rusiyaya uçuşların dayandırılması “Gürcüstan hava yolları”na 25 mln. dollar zərər vurubbackend

Rusiyaya uçuşların dayandırılması “Gürcüstan hava yolları”na 25 mln. dollar zərər vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Rusiyaya uçuşların dayandırılması Gürcüstanın əsas aviadaşıyıcısının maliyyə durumuna ciddi təsir edib. Aviaşirkət satılan biletlərinin 80%-ni geri qaytarmalı olub, bilet almaq istəyən sərnişinlərin sayı isə kəskin azalıb.

Şirkət rəhbərliyi maliyyə yardımı ilə bağlı Gürcüstan hökumətinə müraciət edib. Hökumət “Gürcüstan hava yolları”nın ağır maliyyə vəziyyətini nəzərə alaraq müraciəti nəzərə alıb və zərərin müəyyən hissəsini kompensasiya etməyə qərar verib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara iyulun 8-dən qadağa qoyulub. Hazırda “Gürcüstan hava yolları” şirkəti Rusiyadan Yerevan vasitəsilə Ermənistanın tərəfdaş şirkətinin dəstəyi ilə Gürcüstana sərnişin daşıyır.

Gürcüstan hökumətinin qərarı ilə Rusiyadan tranzit uçuşlara 600 min avroya qədər subsidiya ödəniləcək.

İnterpress.az