Azərbaycan son beş ildə neft hasilatını 14% azaldıbbackend

Azərbaycan son beş ildə neft hasilatını 14% azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın SOCAR-ın məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin birinci yarısında Azərbaycanda 21,36 mln. ton neft hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 18,76 mln. tona yaxın olub.

Qeyd edək ki, planlaşdırılmış təmir işləri ilə əlaqədar \”Azəri-Çıraq-Günəşli\” (Azərbaycanda neft hasilatının böyük hissəsi məs bu blokun üzərinə düşür) yatağının \”Mərkəzi Azəri\” platformasında hasilatın müvəqqəti dayandırılmışdı, bu da ölkədə “qara qızılın” hasilatına öz təsirini göstərib.

Ötən il ölkədə 38,8 mln. tondan çox neft hasil edilib ki, bu da, demək olar, 2017-ci ilin göstəricisi ilə bərabərdir.

Aparılan hesablamalara görə, bu ilin ilk yarısında SOCAR öz imkanları hesabına müstəqil olaraq 3,77 mln. ton neft hasil edib. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% azdır.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin öncə dediyinə görə, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz Azərbaycanda olması şirkətin qarşısında

çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəf bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.

Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. tondan artıq neft hasil edib. Bu göstərici əvvəlki ilə nisbətən 1,55% çoxdur.

İnterpress.az