“Neftçi” klubu “Arsenal”la cavab oyununa hazırlığı davam etdirirbackend

“Neftçi” klubu “Arsenal”la cavab oyununa hazırlığı davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, komandamız “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Avqustun 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Arsenal” görüşü saat 21:00-da başlayacaq. Oyununun biletləri artıq satışa çıxarılıb. Qiyməti 2, 5, 20 və 100 manat təşkil edən biletləri \”Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”, “Mega City” ticarət mərkəzindən, “Şahənşah” şadlıq sarayının birinci mərtəbəsi, “Metropark” mağazalarından və “Mega Store”dan əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

Qeyd edək ki, komandalar arasında Tulada təşkil olunan ilk oyunda Bakı təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

İnterpress.az