Qəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunubbackend

Qəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət edilib. Yaxın zamanda türkiyəli mütəxəssislərin ölkəmizə gəlməsi gözlənilir.

Eyni zamanda, əməliyyatın əhatə sahəsi genişləndirilərək, ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən əlverişsiz küləkli hava şəraitinə baxmayaraq, Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi ilə axtarış əməliyyatları hazırda da intensiv aparılır.

İnterpress.az