Oğuzlu fermerlər emal məntəqələrinə 180 ton yaşıl tütün təhvil veriblərbackend

Oğuzlu fermerlər emal məntəqələrinə 180 ton yaşıl tütün təhvil veriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək 180 ton yaşıl tütün kütləsi dərərək, rayonda fəaliyyət göstərən emal məntəqələrinə təhvil veriblər.

Bu barədə İnterpress.az-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 tütünqurutma kamerasından ibarət emal məntəqələri fəaliyyət göstərir. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə olaraq 12 tütünqurutma kamerasının quraşdırılması da nəzərdə tutulur.

İnterpress.az