Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mobil telefon artıq kondisioner rolunu da oynayacaq

"Sony" şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

Dərc edilib: 10 avqust 2019 [10:08]
Baxış sayı: 8863

İnterpress.az "ictnews"a istinadən xəbər verir ki, yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri "Reon" startapı çərçivəsində hazırlayıblar.

Qurğunun işinin əsasını Peltier elementi və ventilyator təşkil edir. Peltier elementi, sadə dillə desək, temperatur fərqinə görə bir tərəfdən soyuq, digər tərəfdən isə isti olan qurğudur. Bu effekt, həmçinin kondisionerdə istifadə olunur. Ventilyator elementin soyudulması və izafi istiliyi cihazın özündən kənarlaşdırmaq üçün lazımdır.

"Reon Pocket" adlandırılmış cihaz həm bədənin soyudulması, həm də qızdırılması üçün istifadə edilə bilər. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilər, qurğunun akkumulyatoru isə 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub. Qurğunun enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164