Rusiya gəmisi Ukraynada saxlanıldıbackend

Rusiya gəmisi Ukraynada saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş hərbi prokuroru Anatoli Matios məlumat verib.

A.Matios qeyd edib ki, Ukrayna məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi prokurorlarının və müstəntiqlərin hərəkətlərinin qanuna uyğunluğunu yoxlayıb. O vurğulayıb ki, Ukrayna qanunvericiliyinə əsasən, Ukraynaya məxsus sularda istintaq tədbirlərinin aparılması üçün konsuldan və ya diplomatik qurumun nümayəndəsindən icazə alınması tələb edilmir.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iyulun 25-də İzmail limanında “Nika Spirit” tankerini saxlayıblar. Ukrayna tərəfinin məlumatına görə, bundan əvvəl tanker “Neyma” adlanıb və Kerç boğazında baş verən təxribat zamanı Ukraynaya məxsus gəmilərin girişini əngəlləyib. Axtarış zamanı gəmidə sənədlər, danışıqların səs yazıları və jurnallar aşkarlanıb. Gəmi heyəti sorğu-sual edilib, sonra isə Rusiyaya geri qayıtmasına icazə verilib.

İnterpress.az