Əfqanıstanda Herat-Qəndəhar yolunda partlayış: ən azı 34 nəfər ölübbackend

Əfqanıstanda Herat-Qəndəhar yolunda partlayış: ən azı 34 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”ToloNews\” saytına istinadla xəbər verir ki, iyulun 31-də səhər saatlarında törədilən terror aktının qurbanları arasında qadınlar və uşaqlar da var.

Yerli polisin məlumatına görə, insident Şaviz rayonu ərazisində baş verib. Fərah əyalətindən Herat şəhərinə hərəkət edən avtobusun içərisində 51 sərnişin olub. Yaralanan 17 nəfəri Herat xəstəxanasına çatdırıblar. Onlardan bir neçə nəfərin vəziyyəti ağırdır.

Təhlükəsizlik qüvvələri terror aktını şərh etməyiblər. Heç bir silahlı qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.

İnterpress.az