ABŞ-ın neft ehtiyatları 443 milyon barrelə düşübbackend

ABŞ-ın neft ehtiyatları 443 milyon barrelə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6 milyon barrel azalaraq 443 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 10,9 milyon barrel geriləmişdi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

İnterpress.az