Neftçi – Arsenal matçı üçün biletlərin yarısı satılıbbackend

Neftçi – Arsenal matçı üçün biletlərin yarısı satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klubun media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin İnterpress.az-a verdiyi məlumata görə, matç üçün iki gün ərzində 6 min bilet satılıb.

Azarkeşlər 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”in, “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə edə bilər.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyir. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq. Arena 11 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq. “Neftçi” Rusiyada baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

İnterpress.az