ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizədlərin debatlarının ikinci turu başlanıbbackend

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizədlərin debatlarının ikinci turu başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. Demokratlar Partiyasından namizədlərin sayı 20-dən çox olduğuna görə debatlar iki gün keçirilir. Debatların ikinci turunun birinci mərhələsində 10 namizəd – Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, Beto O’Rurq, Tim Rayan, Con Hikenluper, Con Delani, Stiv Ballok, Meriann Uilyamson və Pit Butticiç iştirak ediblər.

Amerikanın avtomobil sənayesinin mərkəzi sayılan şəhərdə keçən debatların moderatorları CNN kanalının nümayəndələri olub. Aparıcılar debatlar üçün ayrılmış vaxtın çox hissəsini tibbi sığortada islahatlar, daha dəqiq desək, senator Berni Sanders başda olmaqla liberal demokratlar tərəfindən irəli sürülən “Medicare hamı üçün” proqramı ilə əlaqədar diskussiyalara həsr ediblər. Ölkə iqtisadiyyatında vəziyyət, iqlim dəyişmələri problemi, pulsuz təhsil, mühacirlərə tibbi sığorta imkanı verilməsi və ABŞ-ın xarici siyasəti məsələləri də müzakirə edilib.

İnterpress.az