Kolumbiya dairəsinə ştat statusu verilməsi təklifi ABŞ Konqresində müzakirə ediləcəkbackend

Kolumbiya dairəsinə ştat statusu verilməsi təklifi ABŞ Konqresində müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ABŞ KİV-lərinə istinadla xəbər verir ki, əvvəlcə bu dinləmə iyulun 24-nə planlaşdırılıb, lakin Konqresdə digər hay-küylü hadisə – xüsusi prokuror Robert Müllerin ifadə verməsi ilə əlaqədar münaqişə yaranmaması üçün dinləmə təxirə salınıb. Kolumbiya dairəsini təmsil edən nümayəndə Eleonora Holms Norton bildirib ki, dinləmə bu il sentyabrın 19-na keçirilib.

Nümayəndələr Palatasında bu qanun layihəsinin tərəfdarlarının sayı 200-dən çoxdur. Layihədə bu dairədən iki senator və Nümayəndələr Palatasının bir üzvünün seçilməsi üçün seçkilər keçirilməsi də nəzərdə tutulur.

İnterpress.az