Yaponiya F-35 proqramının tərəfdaşı olmaq niyyətindədirbackend

Yaponiya F-35 proqramının tərəfdaşı olmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya rəsmiləri bildirib.

Məlumata görə, Yaponiya Müdafiə Nazirliyi tərəfindən ABŞ Müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lorda göndərilən məktubda, müdafiə artırılmasının planlaşdırılması üzrə büronun Baş direktoru Atsuo Suzuki Yaponiyanın F-35 proqramının üzvü olması üçün tələblər barədə məlumat istəyib.

Məktubda deyilir: “Düşünürəm ki, F-35 proqramının tərəfdaşı olmaq variantlardan biridir… Yaponiyanın tərəfdaş ölkə olmaq imkanının olub-olmaması barədə sizin fikirlərinizi bilmək istərdim. Həmçinin mən sizdən Müdafiə Nazirliyinə tərəfdaş ölkənin hüquqları və vəzifələri, xərclərinin bölgüsü və şərtlər haqqında ətraflı məlumat vermənizi xahiş edirəm. Tokio proqramın tərəfdaşı olmaq barədə son qərarını tərəfdaş ölkənin hüquqları və vəzifələri barədə məlumatla tanış olduqdan sonra verəcək”.

İnterpress.az