Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Təkrar enerji toplamadan uçan dronlar - Yeni texnologiya

Berkli Kaliforniya Universitetinin alimləri 2011-ci ildə hazırlanan və günəş işığı istiliyinin elektrik enerjisinə çevrilməsi sayəsində pilotsuz uçan aparatın mühərrikini enerji ilə təmin edən fotoelektrik mühərriki modernləşdiriblər.

Dərc edilib: 31 iyul 2019 [21:26]
Baxış sayı: 5033

İnterpress.az “ictnews”a istinadla xəbər verir ki, zərf ölçüsündə yüngül generator drona bir neçə gün təkrar enerji toplamadan havada qalmağa imkan verəcək.

Tədqiqatçılar enerji elementinin faydalı iş əmsalının 23 faizdən 29 faizədək artırılmasına fotoqəbuledicinin arxa divarına güzgünü quraşdırmaqla nail olublar. O, fotonları əks etdirərək istilik mənbəyini əlavə olaraq qızdırır və günəş elementinin daxilində sıx infraqırmızı lüminessent foton qazı yaradır. Yeni materiallar birləşməsində enerji elementi konstruksiyasında sonuncunun effektivliyinin 50 faizədək artımı gözlənilir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162