BP “D230” bloku üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına gələn il başlayacaqbackend

BP “D230” bloku üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına gələn il başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BP Azerbaijan” şirkətindən İnterpress.az-a bildirilib ki, “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin ilin sonlarında başlanması planlaşdırılır.

“D230” bloku üzrə cari ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.

İnterpress.az