Qubada avtoqəza baş verib: 6 nəfər yaralanıbbackend

Qubada avtoqəza baş verib: 6 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayonun Qələdüz kəndi ərazisində qeydə alınan hadisə zamanı toy karvanında hərəkətdə olan \”Niva\” markalı avtomobillə əks tərəfdən gələn \”VAZ 2107\” markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alanlar – rayonun Üçgün kənd sakinləri 1966-cı il təvəllüdlü Qənbər Babayev, 1966–cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov və Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-cı il təvəllüdlü Tərlan Əlimirzəyev Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarətləri yüngül olan Sahibə Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az