Azərbaycan Universitetinin məzun və tələbələri DOST agentliyində işə başlayıblarbackend

Azərbaycan Universitetinin məzun və tələbələri DOST agentliyində işə başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetdən İnterpress.az-a bildirilib ki, əmək fəaliyyətinə başlayan Qara Rəhimov 2014-cü ildə, Samir Hüseynov və Turan Sadıqov isə 2016-cı ildə Sosial iş ixtisası üzrə məzun olublar. Mehriban Qənbərova və Nilufər Əliyeva isə Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistraturada II kurs tələbəsidirlər.

Ali məktəbin 3 məzunu və 1 magistrantı isə DOST könüllüsü kimi fəaliyyət göstərir. Sosial iş ixtisası üzrə 2017-ci il məzunu Arzu Məsimov, 2018-ci il məzunu Kənan Əliyev, 2019-cu il məzunu Zeynal Fərəcov, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbəsi Əsli Xəlilova isə DOST könülülsüdür. Onlar Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzində vətəndaşlara xidmət göstərir. Sonrakı mərhələdə isə öz fəaliyyətlərini DOST mərkəzlərində davam etdirəcəklər.

İnterpress.az