Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək 432 milyon tondan çox neft daşınıbbackend

Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək 432 milyon tondan çox neft daşınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BP Azerbaijan” şirkətindən İnterpress.az-a verilən məlumata görə, yanvar-iyun aylarında BTC üzrə əməliyyat xərclərinə təxminən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 432 milyon tondan çox (təxminən 3,2 milyard barreldən artıq) xam neft nəql olunub və Ceyhan limanında 4 min 234 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

İnterpress.az