Qoşqar Təhməzli səhiyyə naziri olmaq istəyir?backend

Qoşqar Təhməzli səhiyyə naziri olmaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimdir Qoşqar Təhməzli? Mətbuatda bu barədə çap olunan məlumatlarda bildirilir ki, o 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir. Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması, müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulmasıyla, təchiz olunması ilə məşğuldur. Yeri gəlmişkən bu günlərdə Qoşqar Təhməzlinin agentliyə dövlət büdcəsindən ayrılmış pulları məhz bu şirkətə köçürməsi xəbərləri yayılmışdı. Agentlikdən bu məlumat nə təkzib, nə də təsdiq edilmişdi.

Qoşqar Təhməzlinin agentlik sədri olaraq iddialı davranışları, Səhiyyə Nazirliyinə aid olan bir sıra funksiyaları həyata keçirməyə cəhd göstərməsi çoxsaylı suallar yaradıb. O, bir neç ay bundan əvvəl Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışmış Zəkiyyə Mustafayevanı agentliyə aparat rəhbəri postuna gətirməklə səhiyyə sistemindən uzaq adam olmadığını, bu sistemdəki kadrları daha yaxşı idarə edə biləcəyi mesajını da vermişdi. Bundan başqa Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin funksiyalarının agentliyə verilməsi keçmiş biznesmen Qoşqar Təhməzlinin iddialarını və iştahasını artırıb. Etibarlı mənbədən aldığımız məlumata görə 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsini 1994-cü ildə həkim-gigiyenist ixtisası üzrə bitirmiş Qoşqar həkim Səhiyyə naziri olmaq iddiasındadır. Qoşqar Təhməzlinin ətrafındakı şəxslər yaxın günlərdə agentliklə Səhiyyə Nazirliyinin birləşdiriləcəyini və Təhməzlinin nazir olacağı xəbərlərini yaymaqdadırlar. Bununla yanaşı onun özü də bu iddiaları həyata keçirmək üçün müxtəlif üsullara əl atmaqdan çəkinmir. Vikipediada özüylə bağlı məlumatlarda həkim və səhiyyə sistemi ilə bağlı məqamlara daha çox yer ayırmaqla şübhələri daha da artırıb.

Qoşqar həkimin bu iddiasının və istəyinin həyata keçmə ehtimalının reallığı haqqında dəqiq fikir söyləmək çətindir. Bu istəyin doğrulub-doğrulmayacağını görmək üçün prosesləri izləmək lazımdır. (dialoq.info)

İnterpress.az