“Prezidentin süni qiymət artımı ilə bağlı iradından ciddi nəticə çıxarılacaq” – Eldəniz Səlimovbackend

“Prezidentin süni qiymət artımı ilə bağlı iradından ciddi nəticə çıxarılacaq” – Eldəniz Səlimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib: \”Ölkə prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə çox önəmlidir və çox mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu, 2019-cu ildə keçirilən sayca ikinci müşavirədir. Bu tipli müşavirə bu ilin fevral ayında da keçirilmiş və onun ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olmuşdu. Çünki həmin müşavirədən cəmi bir necə sonra ölkə prezidentinin də qeyd etdiyimi, analoqu olmayan tarixi Fərman, yəni, problemli kreditlərin həllini nəzərdə məlum sənəd imzalanmışdı. Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılmış, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanmışdı. Avqustun 31-də isə bu yöndə müşavirə keçirildi və burada bir çox ciddi məsələlər müzakirə, təhlil olundu, xüsusilə, dövlət başçısı tərəfindən mühüm tapşırıqlar, göstərişlər verildi. Mühüm tapşırıqlardan biri təbii ki, son aylar ölkədə süni qiymət artımı hallarının müşahidə olunması və onun qarşısının alınması ilə bağlı oldu. Dövlət başçısının müşavirədə çıxışı zamanı ən çox diqqət ayırdığı və üzərində dayandığı məsələlərdən biri məhz bu idi\”.

“Çıxışı zamanı dövlət başçısı “Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik” – deyərək, vurğuladı ki, burada çox ciddi nəzarət mexanizmi, bu sahə daim diqqət mərkəzində olmalıdır”-deyən millət vəkili hesab edir ki, bu, çox ciddi mesaj və tapşırıqdır.

Millət vəkilinin dediyinə görə, çünki süni qiymət artımı cəmiyyətdə hər kəsi ciddi şəkildə narahat edirdi.

“Çox yaxşı və əlamətdar hal oldu ki, cənab prezident özü bu məsələyə vaxtında, zamanında reaksiya göstərdi, ciddi tapşırıqlarını verdi. İnanıram və qəti şəkildə əminəm ki, aidiyyatı qurumlar və şəxslər bundan ciddi nəticə çıxaracaq, süni qiymət hallarının yaranmasına imkan verən məqamların tezliklə aradan qaldırılmasında çox ciddi addım atacaqlar. Bu, cəmiyyətimizin gözləntisidir.

Digər mühüm tapşırıq və göstərişlərdən biri isə küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması məsələsindəki problemlərlə bağlı oldu. Dövlət başçısı çıxışında Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlərin görüldüyünü qeyd edərək, bildirdi ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, diqqətə çatdırdı ki, mövcud problemlər də var və bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. O, xüsusilə, küçə işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını dilə gətirdi.

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır”-deyərək, sözlərinə əlavə etdi. Düşünürəm və hesab edirəm ki, bu yöndə verilən tapşırıqların icrasını gözləmək də uzun zaman çəkməyəcək, hər şey vaxtında həllini tapacaq.

Dövlət başçısı çıxışında həmçinin, büdcə vəsaitlərindən çox qənaətlə istifadə edilməsi məsələsinə xüsusi diqqət ayırdı və qeyd etdi ki, ələlxüsus, dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır.

“Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik”-deyən dövlət başçısının sözlərinə görə, bu, çox önəmli məsələdir və iqtisadi sahədə bundan sonrakı inkişaf üçün xarici ekspertləri də cəlb etməliyik.

Bir sözlə, hesab edirəm ki, bu müşavirə Azərbaycanın inkişafı, ölkədə gündən-günə genişlənən islahatlar prosesinin daha da dönməz xarakter alması və yeni mərhələ təşkil etməsi çox mühüm əhəmiyyətə malikdir. Bu müşavirə ölkənin sosial-iqtisadi inkişafında, islahatlar prosesinin yeni mərhələyə keçməsində böyük və müsbət rol oynayacaq, qısa zamanda öz müsbət töhfələrini verəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

İnterpress.az