“Liverpul”un əsas futbolçularının İngiltərə Superkuboku uğrunda matçda oynamaları sual altındadırbackend

“Liverpul”un əsas futbolçularının İngiltərə Superkuboku uğrunda matçda oynamaları sual altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə “Liverpul”un baş məşqçisi Yurgen Klopp məlumat verib.

Salah və Firmino öz milli yığmalarının heyətində qitə birinciliklərində iştirak etdiklərinə görə “Liverpul”un mövsümarası hazırlıqlarında iştirak etməyiblər. Futbolçular mövsümarası yekun matçda müvafiq olaraq 30 və 45 dəqiqə oynayıblar. Mane də eyni səbəblərə görə təlimlərin heç birində iştirak etməyib.

Y.Klopp deyib: “Mən İngiltərə Superkuboku uğrunda matçda onların oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu futbolçuların meydana çıxmaq şansı var. Baxaq görək yaxın günlərdə özlərini necə hiss edəcəklər. Məşqlər əvvəlki qədər intensiv olmayacaq. Axı biz mühüm oyuna hazırlaşırıq. “Mançester Siti”yə qarşı matç başqalarından fərqlənir. Bu komanda ilə oynamağa hazırlaşmaq üçün onunla mövsüm arasında görüşmək lazım idi, lakin biz bunu etmədik”.

İngiltərə Superkuboku uğrunda matç avqustun 4-də “Uembli” stadionunda keçiriləcək.

İnterpress.az