“Neftçi” Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandıbackend

“Neftçi” Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya \”Arsenal\”nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. \”Ağ-qaralar\” 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər.

Qeyd edək ki, \”Neftçi\” III təsnifat mərhələsində İsrailin \”Bney Yehuda\” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

İnterpress.az