Azərbaycan UEFA reytinqində xal hesabını artırıbbackend

Azərbaycan UEFA reytinqində xal hesabını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, mərhələnin son günündə cavab oyunları çərçivəsində 41 qarşılaşma keçirilib.

Avropa Liqasının bu matçları UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub. İki pillə irəliləyənlərdən Lixtenşteyn Rumıniya ilə Sloveniyanı, Albaniya Şimali Makedoniya ilə Litvanı arxada qoyub. Bundan başqa, Gürcüstan İslandiyanı, Şimali İrlandiya Kosovonu keçib.

Azərbaycan isə xal hesabını artırıb. “Neftçi”nin Rusiya “Arsenal”ını 3:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə 0,250 xal gətirib. Bununla da mövsümün qazancı 1,750-yə çatıb. Əldə edilən xallar iki komandanın sayəsində mümkün olub. “Neftçi” 1,000, “Qarabağ” 0,750 xal qazanıb. Mübarizəni dayandıran “Qəbələ” və “Səbail” isə bunu bacarmayıb.

Son 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinqimiz isə 17,125-ə yüksəlib. 26-cı sırada qalan Azərbaycan Qazaxıstandan 0,875 xal geridədirsə, Polşadan 1,000 xal öndədir.

Qeyd edək ki, cədvələ 85,926 xala malik İspaniya başçılıq edir.

İnterpress.az