“Neftçi” ilə oyunda nə baş verdiyini hələ də dərk etməmişik” – “Arsenal”ın qapıçısıbackend

“Neftçi” ilə oyunda nə baş verdiyini hələ də dərk etməmişik” – “Arsenal”ın qapıçısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Rusiyanın “Arsenal”ının futbolçusu Mixail Levaşov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda “Neftçi”yə 0:3 hesabı ilə uduzan Tula təmsilçisinin qapıçısı görüş barədə fikirlərini açıqlayıb: “Demək olmaz ki, bizə Avropada oyun təcrübəsi çatmadı. Bu, digərləri kimi adi oyun idi, onlar arasında fərq qoymuram. Avrokuboklara vəsiqə qazanmağımız bütün tulalılar üçün əlamətdar hadisə idi. Biz çalışdıq, vuruşduq. Nə baş verdiyini hələ də dərk etməmişik. Qarşıda vacib çempionat oyunlarımız var. Bu məğlubiyyəti unutmağa çalışacağıq”.

İnterpress.az