Tramp “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq edibbackend

Tramp “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Politico” saytına istinadən verdiyi xəbərə görə, məlumatı iki rəsmi mənbə təsdiqləyib.

Bildirilib ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi Rusiyaya qarşı ikinci sanksiyalar paketinin tətbiq edilməsinə səbəb olub.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi hələ mart ayının sonunda sanksiyalar paketini hazırlayaraq Prezidentə təqdim etsə də, D. Tramp sənədin imzalanmasını təxirə salıb.

İnterpress.az