Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda sürücünü yolda maşın vurub öldürdü – Səbəbi dəhşətlidir

Gücüstandan gələn sürücü yanacaq tapmaq üçün yolu keçərkən maşın vurdu.

Dərc edilib: 2 avqust 2019 [13:28]
Baxış sayı: 6606

İnterpress.az xəbər verir ki, dünən gecə saat 01.45 radələrində Bakı-Qazax yolunun 125-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən 36 yaşlı Emin Valiulin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan Elman Kazımov hadisə yerində keçinib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi “VAZ-2104” markalı,90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub. Elman Kazımov Gürcüstündan qaynatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəlib. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.

Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır. (avtosfer.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165