Erməni təxribatının qarşısını alarkən yaralanmış hərbçi əməliyyat olunubbackend

Erməni təxribatının qarşısını alarkən yaralanmış hərbçi əməliyyat olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətindən İnterpress.az-a bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

Xidmət rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub.

General-leytenant Ə. Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.

İnterpress.az