Sürücü yol polisini ələ salıb görüntülərini paylaşdı – VİDEObackend

Sürücü yol polisini ələ salıb görüntülərini paylaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Avtosfer.az-a istinadən xəbər verir ki, videonun harada çəkildiyi məlum olmasa da, görüntülərdə sürücünün yol polisini ələ salaraq böhtan atıb məsuliyətdən yayınması əks olunub. Belə ki, yol polisi ona qayda pozuntusunu sübut etsə də, sürücü görüntü tələb edir.

Yol polisi əməkdaşı isə sürücünü avtomobilə dəvət etsə də sürücü maşından düşmür və qəti şəkildə bildirir ki, guya qanunvericiliklə onun maşından düşməsi düzgün deyil. Hansı ki, \”Yol hərəkəti haqqında\” qanuna görə, yol patrul xidmətinin əməkdaşı nəqliyyat vasitəsini saxladıqda sürücüyə yaxınlaşmalı, özünü təqdim edərək qayda pozuntusunu izah etməlidir.

Sürücünün isə vəzifələrindən biri də odur ki, zərurət yarandıqda inspektorun tələbi ilə avtomobili tərk etməlidir. Lakin bu videoda sürücü maşından düşə bilməyəcəyini, ayağında problem olduğunu deyərək nəqliyyat vasitəsini tərk etmir, yol polisindən görüntü tələb edir və eyni zamanda bildirir ki, yol polisi ona qərarsız cərimə yazsa şikayət edəcək. O, bütün dialoq boyu polisin qanuni tələbini yerinə yetirib sənədləri təqdim etmir. Yol polisini açıq-aydın şərləyərək onun cərimə yazmasının qarşısını alır və polis onu sərbəst buraxır.

Videonun sonunda isə sürücü gülümsəyərək \”qələbə qazandığını” ifadə edir.

Həmin görüntüləri təqdim edirik:

İnterpress.az