QDTİB istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord qeydə alınıbbackend

QDTİB istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BFB-dən İnterpress.az-a verilən məlumata görə, belə ki, QDTİB-in 10 mln. manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 mln. manat məbləğində sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 sifariş təqdim olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilib. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən QDTİB Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1036,9251 AZN (7,25%), orta ölçülmüş qiyməti isə 1038,5984 AZN (7,16%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.

Qeyd edilməlidir ki, 2019-cu ilə QDTİB-in uzunmüddətli kredit reytinqi “Standard & Poor’s” tərəfindən “A-”, “Moody’s” tərəfindən isə A2 dərəcəsində müəyyən olunub.

İnterpress.az