ETSN ağacları ərazidən düzgün köçürməyən dövlət qurumunu məhkəməyə verməyə hazırlaşırbackend

ETSN ağacları ərazidən düzgün köçürməyən dövlət qurumunu məhkəməyə verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum olub. Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.

Faktla bağlı \”Azəravtoyol\” Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

İnterpress.az