Sənət adamları cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar – Xalq artistibackend

Sənət adamları cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar – Xalq artisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Xalq artisti, dirijor Teymur Göyçayev \”PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah\” videolayihəsi çərçivəsində bildirib.

Dirijorun sözlərinə görə, sənət adamları Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını, həmçinin cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar:

\”Mən heç bir ölkədə görməmişəm ki, mədəniyyət işçiləri ilə yüksək səviyyəli görüşlər keçirilsin, onlardan hansı problemlərinin olduğu soruşulsun. Sənətkarlarımızın bir çoxu təqaüd alır, evlə təmin olunub. Şəxsən mən insana hansı qayğı lazımdırsa, hamısını cənab Prezidentdən görmüşəm. Hətta 60 illik yubileyimdə “Şöhrət” ordeni ilə təltif edildim. Prezidentə çox minnətdaram ki, mənim gördüyüm işlərə belə yüksək qiymət verir.

15-20 il əvvəl xaricə gedən dostlarımız buraya gələndə gözlərinə inanmırlar. Təəccüblənirlər ki, bu, həmin Bakıdır?! Bizim nəinki paytaxtımız, bölgələrimiz də gözəlləşir. Bölgələrdə yollar, hotellər də Avropa standartlarına uyğundur. Təbii ki, buna görə bölgələrə turist axını var və mən əminəm ki, bu axın daha da artacaq\”. (trend.az)

İnterpress.az