6 ildə 317 əcnəbi narkotiklə tutulub – Dövlət Komissiyasıbackend

6 ildə 317 əcnəbi narkotiklə tutulub – Dövlət Komissiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilib ki, məsuliyyətə cəlb olunmuş xarici ölkə vətəndaşlarından 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Әcnəbilərin 39 nəfər İran İslam Respublikası, 10 nəfər Gürcüstan, 4 nəfər Rusiya, 2 nəfər Türkiyə, 2 nəfər Ukrayna, 1 nəfər isə Türkmənistan vətəndaşıdır.

Qeyd edək ki, son 6 ildə 317 nəfər xarici ölkə vətəndaşı Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətinə cəlb olunub.

İnterpress.az