1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilibbackend

1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir.

İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir.

Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əmək haqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

İnterpress.az