Sabir Rüstəmxanl: Fazil Mustafanın keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var?backend

Sabir Rüstəmxanl: Fazil Mustafanın keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az musavat.com-a istinadən xəbər verir ki, deputat Fazil Mustafanın dövlət xadimi “Şah İsmayıl Xətai adına medal”ın ləğv edilməsi barədə dediklərindən sonra günlərdir davam edən qalmaqal səngimək bilmir. Hər keçən gün yeni-yeni simalar məsələyə münasibət bildirir.

Sabiq təhsil naziri Firudin Cəlilov bu cür müzakirələri ziyanlı sayır: “Tarixi şəxsiyyətlər əlbəttə toxunulmaz deyil. Onların fəaliyyəti təhlil olunmalıdır. Amma siyasi istiqamətdə bu cür təhlillər aparılanda ziyanlıdır.

Sabir Rüstəmxanl: Fazil Mustafanın keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var?

Şah İsmayıla, Babəkə nə veriblər ki, ala bilmirlər? Millətin inandığı, illər boyu fəxr etdiyi şəxsləri sən birdən-birə necə yerə vura bilərsən? Ətraflarındakıları təhlil etsələr, daha yaxşı olar”.

Sabir Rüstəmxanl: Fazil Mustafanın keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var?

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı daha sərt tonda danışdı: “Heç kim toxunulmaz deyil. Tarixə baxmaq, tarixi öyrənmək, yanlışlıqları görmək lazımdır. Çünki gələcəkdə tarixdə baş verən yanlışlıqların təkrarlanmaması üçün vacibdir. Azərbaycanda tarixə baxış, tarixi təftiş etmək demək olar bir xəstəliyə çevrilib. Bilmirlər ki, Babək kimdir, Nizami hansı əqidənin sahibi olub, dünyagörüşü nədir. Heç nədən xəbəri olmayan adamlar tarixi təhlil edirlər. Fazilin məsələsi bir az fərqlidir. Onun zövqünə sayğı ilə yanaşıram. Amma onun da keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var? O tarixin bir parçasıdır. Özü də böyük bir yaşanmış tarixdir. Xətai millətin təfəkküründə Azərbaycan Səfəvi dövlətini qurmuş bir qəhrəmandır. O təriqət məsələsində həssaslıq göstərib. Tarixə düşən bir neçə türk dövlətindən biri Səfəvidir. Bu dövləti də quran Şah İsmayıldır. O dövrü nəzərə almadan nə üçün onu bu şəkildə təftiş edirik? Bu gün də həmin İranda azərbaycanlılar yaşayır. Eyni zamanda, bu gün də İranda hakimiyyətdə Azərbaycan türkləri var, amma türk ruhları yoxdur. Lakin Şah İsmayılın vaxtında belə deyildi. O, Azərbaycanın parçalanmış ərazisini birləşdirmişdi. Onun Sultan Səlimlə savaşı iki qardaşın günahı idi. Heç bir tarixi şəxsiyyətə Xətaiyə deyilən qədər sözlər deyilmir. Əmir Teymur bu gün türk tarixinin ən parlaq simalarından biridir. Amma nəzərə almaq lazımdır ki, o da türklərlə savaşıb. Nə üçün Xətai qədər onu mühakimə etmirlər? Xətai gənc ikən hakimiyyətə gəlmişdi. Türk torpaqları uğrunda savaşda babasını, atasını itirmişdi. Qəlbində intiqam almaq duyğusu var idi. Bütün bunları nəzərə almadan onu təftiş etmək nə dərəcədə doğrudur? Bir dəfə yaxın dostlardan biri dedi ki, Babək türk olmayıb. O Azərbaycanda anadan olmuş və ərəb işğalına qarşı mübarizə aparmış bir qəhrəmandır. Xətaiyə qarşı bu hücumları yersiz hesab edirəm. Ona qarşı hücumlar səbəbsiz deyil. Bunun arxasında Azərbaycan tarixini ləkələmək, bu xalqı tarixi olmayan, yalnız XX əsrdə dövlət qurmuş bir xalq kimi təqdim etmək istəyirlər. Onun üçün həmin tarixin parlaq simaları sayılan Xətaiyə, Babəkə hücumlar olunur. Milləti kiçik salmaq, xalqın öz gücünə olan inamını sarsıtmaq üçün edilən bu cəhdlər qəti şəkildə pislənilməlidir. Bütün bunlara ”Milli taleyimiz və biz\” adlanan kitabımda cavab vermişəm. Orada Xətai, Güney Azərbaycan və digər məsələlərə toxunmuşam. Fazilin cənubla bağlı da mövqeyi fərqlidir. Yəni bunlar mənim üçün yeni mövzu deyil. Yazdıqlarımı yenidən təkrar etmək mənim üçün çətindir\”.

“Söhbət ordenin ləğvi ətrafında getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.

Sabir Rüstəmxanl: Fazil Mustafanın keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var?

“AzPolitika.info”nun məlumatına görə, bunları sabiq deputat Alqış Musayev deyib. O hesab edir ki, Şah İsmayıl Azərbaycan xalqının milli dəyəridir və ona layiqli münasibət göstərilməlidir: “Ona sahib çıxmalı və yaşatmalıyıq. Təəssüf ki, çox vaxt milli dəyərlərimizi təbliğ etmək əvəzinə onları amansızcasına istismar edirik. Necə ki, 1992-93-cü illərdə Şah İsmayıl mövzusu da belə bir istismara məruz qalıb. Tələm-tələsik heykəl qoydular. Yəqin əksəriyyət razılaşar ki, o abidə Şah babamıza yaraşan bir heykəl deyil. Eyni naşılıq və bəsirətsiziklə Şah İsmayıl ordenini təsis etdilər. Bu bir aksiomadır ki, pis işlənmiş bir mövzuya ikinci dəfə qayıtmaq çox çətin olur. Ya da ümumiyyətlə, mümkün olmur. Mən hesab edirəm ki, vəziyyətdən çıxmaq olar. İlk növbədə Şah İsmayılın heykəlindən başlamaq lazımdır. Yenidən müsabiqə elan olunmalı, Şah İsmayılın sərkərdə obrazını əks etdirən möhtəşəm abidə ucaldılmalıdır. Amma indiki yerdə küçənin ortasında yox, geniş parkların birində. Şah İsmayıl ordeninə gəldikdə isə, bu ordenin statusuna və adına yenidən baxmaq olar. Və vacibdir. Ölkənin ali hərbi ordeni olan bu dövlət təltifi hələ heç kimə təqdim olunmayıb. Mənim zənnimcə, ilk növbədə ordenin adı dəyişilməlidir. ”Şah İsmayıl\”dan “Xətai” adı daha münasib, məqsədə müvafiq və bugünkü reallığa uyğundur. Eyni zamanda onun statusuna düzəlişlər etmək lazımdır ki, təkcə hərbçilərə deyil, dövlət, mədəniyyət, ictimai-siyasi xadimləri də bu ordenlə təltif etmək mümkün olsun\”. musavat.com

İnterpress.az