Banklarımız NFC əsaslı təmassız ödəniş sisteminin tətbiqinə başlayıbbackend

Banklarımız NFC əsaslı təmassız ödəniş sisteminin tətbiqinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mənbənin məlumatına görə, layihəyə “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və “Rabitə Bank” cəlb olunub.

“Hazırda banklar tərəfindən NFC ödənişləri bir sıra mağazalarda sınaqdan keçirilir. Yeni növ ödəniş sisteminin tətbiqi ilə banklar plastik kartların emissiyasına, müştərilər isə onları əldə etməsinə çəkdikləri xərclərə qənaət edəcəklər. Belə ki, istifadəçilər pulqabılarında bir neçə kart gəzdirmələrinə ehtiyac qalmayacaq. Təmassız ödəniş aparmaq üçün kart məlumatlarını mobil əlavəyə daxil etmək kifayət edəcək”, – deyə mənbə qeyd edib.

Qeyd edək ki, NFC – qısa məsafələrdə məlumatların ötürməsini təmin edən texnologiyadır.

İnterpress.az