“Formula-1″də komandalar mərhələ sayının artırılmasına razılaşıblarbackend

“Formula-1″də komandalar mərhələ sayının artırılmasına razılaşıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, iştirakçı komandalar mövsüm ərzində 22 Qran-Pridə iştirak etməyə razılıq veriblər.

Onlar bu yeniliyin artıq növbəti mövsümdən tətbiq olunması ilə razılaşıblar. Bunu “Mersedes”in rəhbəri Toto Volf açıqlayıb.

O bildirib ki, yenilik çempionatın texniki reqlamentinə təsir etməməlidir: “Biz prinsipial razılıq əldə etmişik. Komandalar “Liberty Media”ya öz işi ilə məşğul olmağa imkan verməlidir. Onlar isə “Formula-1”i inkişaf etdirmək istəyir. Əgər yeni promouterlər tapılıbsa, biz də bunu dəstəkləməliyik. Amma buna görə texniki dəyişiklikləri imkan verməməliyik”.

Qeyd edək ki, hazırda yarış 21 mərhələdə keçirilir.

İnterpress.az