Ermənistan ordusunda 9.7 mlrd dramlıq korrupsiya faktı aşkarlanıbbackend

Ermənistan ordusunda 9.7 mlrd dramlıq korrupsiya faktı aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prokurorluğunun ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd edilən dövr ərzində hərbi prokurorluğun dövlət maraqlarının müdafiəsi şöbəsi və qarnizonların hərbi prokurorluqları tərəfindən 188 yoxlama aparılıb. Aparılan yoxlamalardan 102 hal üzrə qanun pozuntusu aşkarlanıb. Xüsusilə dövlət maraqlarının qorunması vəsadətləri ilə həyata keçirilən yoxlamalar nəticəsində 20 cinayət işi açılıb.

Bildirilir ki, hesabat dövründə dövlətə vurulan ziyanın həcmi 9 milyard 752 milyon dram olub. Qeyd edək ki, 2018-ci ilin eyni dövründə vurulan zərərin həcmi 264 milyon dram təşkil etməklə, 37 dəfə az olub. (ordu.az)

İnterpress.az