Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Neftçala sakini həmyerlisini döyərək öldürüb

Avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Dərc edilib: 5 avqust 2019 [11:27]
Baxış sayı: 14633

DİN-dən İnterpress.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208