Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Ölkəmiz bu ilin 6 ayı ərzində ciddi nailiyyətlər əldə edib" - Deputat

2019-cu ildə Azərbaycanda iqtisadi inkişaf daha sürətlə gedir və bu ilin ilk altı ayının göstəricilərinə əsasən, ölkə iqtisadiyyatında artıq 2.4 faiz artım qeydə alınıb.

Dərc edilib: 5 avqust 2019 [11:56]
Baxış sayı: 14308

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, ölkəmiz bu ilin 6 ayı ərzində ciddi nailiyyətlər əldə edib. Qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının 13 faiz artması isə rekord göstərici hesab olunur:

"Bu, çox yaxşı göstəricidir. Çünki 2015-ci ildə dünyada baş verən iqtisadi böhran bütün ölkələrə öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi islahatlarla ölkəmiz bu vəziyyətdən minimum təsirlərlə çıxmağı bacardı və yenidən inkişaf mərhələsinə qalxa bildi. Bu gün ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sahəsində istehsal və ixracın həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib”.

Deputat qeyd edib ki, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb:

"Həyata keçirilən islahatlar sosial sahəyə də müsbət təsirlərini göstərib. Təkcə bu il ərzində cənab Prezident İlham Əliyev tərəfindən imzalanan bir sıra mühüm fərman və sərəncamlar bütün sahələri əhatə edib. 3 milyon insanı əhatə etməklə ilk sosial paketin illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”.

A.Hüseynov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsi də təmkinli, praqmatik ssenarilər üzrə hazırlanıb və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da insanların rifahını ən yüksək səviyyəyə çatdırmaqdır:

“Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201