İnterpress.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, \”Topaz\” rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb: \”Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq. \”Topaz\” sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik\”.
Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.
İnterpress.az